22 Sentyabr 2014 14:47
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ittifaqı və NATO-da Rusiyanın Ukraynaya qoşun yeritməsi ilə bağlı dəqiq sübutlar var.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Hollandiyadan olan avropalı deputat Yohannes Van Baalen açıqlama verib:

“Əlimizdə kosmosdan çəkilmiş şəkillər var. Kremlin bunu təkzib etməyi əsassızdır. Əgər Rusiya qoşunları Ukraynada deyillərsə, onda rus əsgərlərini meyitləri bura haradan gəlir? Rostov və Sankt-Peterburqun hospitallarına yaralılar haradan gəlir?”.

Deputat Rusiya hökumətinin yalan danışdığını bildirib: “Bəli, bu ağ yalandır. Təəssüflər olsun ki, çoxları da buna inanır. Bu da Putinin xoşuna gəlir. Ona inanmaq olmaz”.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: