Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabaxçada Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Teleqraf.com xəbər verir ki, iclas 3 saat davam edib.
Məlumata görə, toplantıda regionda baş verən son hadisələr müzakirə edilib.
Ərdoğanın rəhbərlik etdiyi iclasda prezidentin köməkçisi Fuad Oqtay, AKP sədrinin müavini Mahir Ünal, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, AKP-nin sözçüsü Ömər Çəlik, MİT sədri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun, mətbuat katibi İbrahim Qalın iştirak edib.