ABŞ prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə Konqresə xəbərdarlıq edərək bildirib ki, Birləşmiş Ştatlar İran tərəfindən hücuma məruz qalsa, qarşı tərəfə qeyri-proporsional (uyğun olmayan) cavab verə bilər.
Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbəri Konqresə ünvanladığı fikirlərini özünün “Twitter”dəki səhifəsində paylaşıb.
"Əgər İran ABŞ-ın hər hansı vətəndaşına və ya Amerikanın obyektinə zərbə vursa, ABŞ-a tez və tam ölçüdə, ola bilər, qeyri-proporsional tərzdə cavab verəcəklər", - deyə Tramp yazıb.