23 Sentyabr 2014 11:10
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Meghalaya əyalətində yağışdan sonra baş verən seldə ən az 10 nəfər həyatını itirib, 100-dən çox kənd sular altında qalıb.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, seldən 100 mindən çox insan ziyan görüb.

Rəsmi məlumatlara görə, Lakhimpur rayonunun Kharkati və Borsola kəndlərində 30 kənd sulara qərq olub, 30 mindən çox insan təxliyə olunub.

Sel təhlükəsi ilə bağlı ölkənin bir sıra regionlarında fövqəladə vəziyyət elan edilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: