23 Sentyabr 2014 11:56
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel Rusiyadan Ukraynanın şərqindəki qoşunlarını tam çıxartmasını tələb edib.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, kansler bu barədə Ukrayna prezidenti Petro Poroşenko ilə telefon danışıqlarında bildirib.

O, Ukrayna-Rusiya sərhədində atəşkəs rejiminin və buna əməl olunması vacibliyini vurğulayıb.

Danışıqlar zamanı sabitlikdən istifadə edilərək Donbas və onun ətrafındakı bölgələrdə zərər görmüş yaşayış evlərinin, məktəb və xəstəxanaların bərpası məsələsi də müzakirə olunub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər