16 Yanvar 2020 17:00
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş rollarını Riçard Gir və Dayan Leynin canlandırdığı “Unfaithful”(“Vəfasız”) filminin baş rolu dünya ulduzu Cennifer Lopezə təklif edilib.

Teleqraf.com xəbər verir ki, film təklifini qəbul etməyən Cennifer Lopez bundan peşman olduğunu bildirib: “Filmdə baş rol mənə təklif edilmişdi. O zaman ssenari tam hazır deyildi. Dayan Leyn rol üçün mükəmməl seçimdir. Təklifi qəbul etmədiyimi düşündükdə gülləni ayağıma vurmaq istəyirəm”.


Müəllif: Rəqsanə Həsənova