18 Yanvar 2020 15:14
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan ermənilərin sayı bəzi rəqəmlərə görə 1, digər rəqəmlərə görə 1,5 milyon göstərilir. Hələ sovetlər dönəmində bu ölkədə erməni sayı yetərincə olsa da, sovetlərin dağılmasından sonra Azərbaycan torpaqlarını işğal edən, nəticədə iqtisadi böhran içində yaşayan Ermənistandan Rusiyaya axının sayı birə on artdı.

Rusiya isə dövlət maraqları baxımından, o dönəm Qafqazdakı yeganə tərəfdaşı olan Ermənistan vətəndaşlarının ölkəyə bir ucdan axınına və yerləşməsinə mane olmur, əksinə, bir çox diaspora fəaliyyətlərinə dəstək olurdu. Rusiya və Ermənistan ilişkiləri Qarabağ münaqişəsində çox önəmli rol ifadə etməkdədir. Bu ilişkilərin ermənilərin xeyrinə olmasının önəmli səbəblərindən biri də Rusiyadakı erməni icmasının Rusiya ictimaiyyəti sıx bağlı olması, onun Rusiya ictimai siyasi həyatında aktiv rola can atmasıdır. Ancaq statistik məlumatlara görə, Rusiyada yaşayan gəlmə icmalar arasında ən çətin, hətta inteqrasiya oluna bilməyəni də elə erməni icmasıdır. Onların diaspora gücünün nə qədər gözümüzdə böyütsək də, gerçəklik onların qəbilə təfəkküründən kənara çıxmadığını göstərir.

Rusiyada erməni icma rəhbərləri əldə etdikləri "qəbilə başçısı" mövqelərini itirməməkdən ötrü təsir göstərə biləcəkləri icmanın rus toplumdan tamamilə təcrid olub sırf icma rəhbərlərindən asılı qalması üçün dərindən qabıqdan çıxmaqdadırlar. Şahidi olduğum hadisə də bunu təsdiq edir. Bu hadisə Rusiyanın Kemerovo vilayətində, Antonov(Mirzaxanyan) Georgi Antonoviçin(Andranikoviç)iyönətimində olan "Rusiya Erməni Birliyi" adlı təşkilatda yaşandı.

Bu təşkilat guya erməni diasporunu təmsil edir, əslində isə onun rəhbərliyi dələduzluqla məşguldur. Bazar təfəkkürlü ermənilər inşasına Rusiya dövlətinin maddi dəstəyini aldıqları layihədə ruslara kələk gəlmək istəsələr də, bunu üstü açılıb. Belə ki, onlar Xaçkar abidəsi üçün təqdim etdikləri layihənin büdcəsini olduqca şişirdib böyük pullar əldə ediblər. Hazırda bu məsələ ilə əlaqədar olaraq, erməni diasporu ilə Kemerovo vilayəti rəhbərliyi arasında böyük qalmaqal yaranıb. Sözügedən erməni dərnəyinin sədri Antonovun(Mirzaxanyanın) oğlunun məsuliyyətinə cəlb ediləcəyi gözlənilirr. Belə ki, bu şəxs erməni diasporunun çətiri altında dələduzluq etməkdədir. Bu tip olaylardan biri kimi, vətəndaş İ. N. Kotelnikovanın məhkəmə işini göstərmək olar.

İ.N.Kotelnikova Antonovun(Mirzaxanyanın) oğluna hüquqlarının müdafiəsi, onun və qapalı səhmdar cəmiyyətinin (SK "Sibirskiy Spas") arasında gedən məhkəmə prosesində vəkillik üçün müraciət etmiş, Antonovun(Mirzaxanyanın) oğlu məhkəməni qazanıb 500 000 rubl məbləğində təzminat əldə edib. Ancaq bu məbləği zərərçəkmiş şəxsə vermək yerinə özü mənimsəyib. Zərər əkmiş vətəndaş İ.N.Kotelnikova bu dəfə dələduzun özünü dövlət orqanlarına şikayət edərək, məhkəməyə müraciət edib. Məhkəmə Rusiya Konstitusiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsinə(dələduzluq) əsasən, cinayət işi açıb, Kemerovo Mərkəz Rayonu Məhkəməsi işin icrası üçün qəbul edilmiş qərarları polis orqanlarına yönəldib. Beləliklə, erməni diasporunu təmsil edən dələduzun cəzalandırılacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər