24 Yanvar 2020 14:09
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeonun Qazaxıstana səfəri fevralın 1-2-nə planlaşdırılır.

Telqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Səfər fevralın 1-2-nə planlaşdırılıb”, – deyə “RİA-Novosti” Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdinin sözlərindən sitat gətirir.

Bundan əvvəl Pompeonun Belarus Xarici İşlər naziri Vladimir Makeylə telefonla danışdığı bildirilmişdi.

Yanvarın 2-də Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko ABŞ Dövlət katibinin Kiyevə səfərinin tarixinin yaxın vaxtlarda razılaşdırılacağına ümid etdiyini bildirmişdi.


Müəllif: Səxavət