26 Yanvar 2020 09:23
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın "Airbus 306" sərnişin təyyarəsi texniki səbəblərə görə Tehrana təcili eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumatda İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra təyyarənin texniki problemlə üzləşdiyi bildirilir. Bu səbəbdən təyyarə İstanbula uçuşunu dayandırıb, başqa bir hava limanına - Mehrabad limanına uğurlu eniş edib.

Sərnişinlər arasında heç kəs xəsarət almayıb.


Müəllif: Teleqraf.com