26 Yanvar 2020 20:08
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da daha bir yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kaliforniyada Orinc dairəsinin Səhiyyə Agentliyinin press-relizində deyilir.

Bildirilir ki, yeni növ koronavirusa yoluxan şəxs Çinin Uxan şəhərindən ABŞ-a gəlib. O, hazırda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-da yeni növ koronavirusa 2 yoluxma faktı qeydə alınmışdı.


Müəllif: Teleqraf.com