Yunanıstan hökuməti Səudiyyə Ərəbistanına PATRIOT PAC-3 hava hücumundan müdafiə sistemləri yerləşdirəcək.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın Hərbi Hava Qüvvələrinin 65 və Quru Qoşunlarının 140 nəfərlik heyəti Səudiyyə Ərəbistanına göndərilir.
Heyət üzvlərinin sayının ehtiyacdan asılı olaraq, dəyişə biləcəyi vurğulanır.
PATRIOT PAC-3 sistemləri 4 raket buraxıcısına malikdir.
Qeyd edək ki, Yunanıstanla Səudiyyə Ərəbistanı arasında PATRIOT PAC-3 sistemləri ilə əlaqədar razılaşma yanvarın 25-də əldə olunub.