“Herba Flora” şirkətinin direktoru Fizuli Hüseynov dünyanı cənginə alan ölümcül koronavirus barədə maraqlı faktlar açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Fizuli Hüseynov koronavirusun tibbə məlum olan virus olduğunu bildirib.
Onun sözlərinə görə, Çində bu virusun xüsusi ştampları var ki, indi yayılıb: “Tacabənzər çıxıntıları olduğundan ona koronavirus deyilir. Yarasalarla, ilan yeyintiləri ilə çoxaldığı iddiaları səslənir, ola bilər yoluxuculuq vasitəçiliyi var. Qaranlıq məsələ odur ki, 300 minə qədər insanın bu xəstəliyə yoluxduğu xəbərləri dolaşır, amma bu virusların nə ilanlar, nə də yarasalar arasında o dərəcədə çox yayıldığı barədə bilgi yoxdur. Son dövlərdə xəstəliyin insanlardan insanlara keçməsi baş verib ki, təhlükəli haldır. Artıq ədədi silsilə deyil, həndəsi silsilə üzrə artım olub”.
Fizuli Hüseynovun fikrincə, qış ayları uzun çəkdiyindən xəstəliyin gedişatı da artacaq.
Xəstəliyin ilkin əlamətlərinə gəlincə, Füzuli Hüseynov qeyd edib ki, virus adi qrip formasında olur, gözlərdə şişmə, temperaturun yüksəlməsi, ağız və burundan selik gəlməsi ilə müşahidə olunur: “Kimin immuniteti zəifdirsə, xəsətliyə dözmür. İki həftəlik inqubasiya dövründə xəstə başqa otaqda yerləşdirilsə, cəmiyyətdən təcrid olunsa, onun yoluxuculuq qabiliyyəti olmur. Əgər immunitet normal deyilsə, mütləq həmin insanda özünü göstərəcək. Xəstəni təcrid edib müalicə davam etdirilsə, ölüm halları da azalır”.
Xəsətlikdən qorunmaq üçün soğan və sarımsaq yeyilməsini məsləhət görüb: "Xəstəlik dövründə və eyni zamanda xəstə olmayan dövrdə də immuniteti gücləndirən qarışım yeyilməsi məsləhətlidir. 100 qram hil, 150 qram qaraçörək otu üyüdülüb toz formasına salındıqdan sonra 1 litr balla qarışdırılır və gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir".
Fizuli Hüseynov taun epidemiyası yayılanda hildən geniş istifadə olunduğunu xatırladıb.