5 Fevral 2020 11:22
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş nazir Binyamin Netanyahu Qərbi Şəriyədəki yəhudi ərazi vahidləri – İordaniya vadisi və Ölü dənizin şimal sahillərinin ilhaqı məsələsini martın 2-də keçiriləcək parlament seçkilərindən sonraya saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Haaretz” qəzeti məlumat yayıb.

Netanyahu sözügedən ərazi vahidlərinin əldən çıxmasına icazə verməyəcəklərini deyib:

“Belə bir fürsətin əlimizdən çıxmasına icazə verməyəcəyik. Amma bu məqsədlə sərhədlərimiz və gələcəyimizin təhlükəsizliyini sığortalamaq üçün Likud üzvlərinin seçkilərdə səs verməsi lazımdır”.

Netanyahunun ABŞ prezidentinin müşaviri Jared Kuşnerin İsraildən ilhaq məsələsini seçkilərdən sonraya saxlaması istəyindən sonra bu yöndə qərar verdiyi bildirilib.

Qeyd edək ki, İsrail tərəfinin bu açıqlaması Fələstin hökumətinin etirazına səbəb olub. Belə bir addımın savaşa yol açacağı ifadə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu