5 Fevral 2020 11:52
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Venesuela, Nikaraqua və Kubada demokratiyanı bərpa etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp söyləyib.

Onun sözlərinə görə, Vaşinqton dünyada liderliyini bərpa edir və Yer yarımkürəsində yenidən azadlıq uğrunda mübarizə aparır:

“Bu səbəbdən mənim rəhbərliyim uğursuz administrasiyanın (Barak Obama) Kubaya qarşı siyasətini ləğv etdi. Biz kubalıların, nikaraqualıların və venesuelalıların demokratiyanın bərpası ümidini dəstəkləyirik.

ABŞ Venesueladakı diktator Nikolas Maduroya qarşı 59 dövlətin diplomatik koalisiyasına rəhbərlik edir. Maduronun zülmü aradan qaldırılacaq”.

O, Venesuela müxalifətinin lideri Xuan Guaydonu “Venesuelanın həqiqi və qanuni prezidenti” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu