7 Fevral 2020 10:35
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana bağlı silahlı qruplar Suriyada sünnilərin mədəniyyətini sıradan çıxarırlar.

Teleqraf.com xəbər verir ki, Əsəd rejimi və İran tərəfindən dəstəklənən terrorçu qruplar sünnilərin yaşadığı Deyrizorda məscidləri hüseynilərə - mədrəsələrə çevirir, azanı isə öz üslublarında oxutdururlar.

Qeyd edək ki, bundan əvvəl İrana bağlı qruplar İraq sərhədində də mülki insanlara aid bəzi evləri müsadirə edərək, şiə inancına ibadət etmək məqsədilə mədrəsələrə çevirmişdilər.

Son xəbərə görə, İrana bağlı şiə silahlı qrupları Deyrizorun Mayadin, Əbu Kamal və Sıbayhan rayonlarında azanın oxunma formasını dəyişdirib, ardınca Məscid əl-Mədrəsə, Məscid Kəbr, Məccid Rəhman və bazar məscidini mədrəsəyə çevirərək şiəliyi təbliğ edirlər.


Müəllif: Cavad