12 Fevral 2020 23:26
2 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələri şəxsi heyətinə dini geyimlər geyinmək, saqqal saxlamaq, öz dininə rahat formada sitayiş etmək hüquqlarını tanıyıb.

Teleqraf.com xəbər verir ki, bundan sonar Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə saçlarını uzatmaq və örtmək icazəsi də verilib.

ABŞ Hava Qüvvələrində ötən illərdə bir qism əsgərə yaylıq taxmaq və ya saqqal buraxmaq icazəsi vermişdi.
Baş çavuş Əbdül Rəhman Qeytan 2018-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində etiqadına uyğun olaraq saqqal saxlamasına icazə verilən ilk müsəlman əsgər olub.

Leytenant Maysaa Ouzda ötən il turban taxmaq üçün mücadilə edən Hərbi Hava Qüvvələrinin ilk personalı olub.


Müəllif: Cavad

Oxşar xəbərlər