ABŞ və “Taliban” terror qruplaşması 7 günlük atəşkəs barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, tərəflərin razılığına görə, Əfqanıstanın bütün rayonlarında şiddətə son qoyulacaq. 7 gün sonra isə sülh danışıqları başlayacaq.
ABŞ taliblərin razılaşmada göstərilmiş öhdəliklərini necə yerinə yetirəcəyinə nəzarət edəcəyinə söz verib.