“FETÖ işi” çərçivəsində Türkiyənin 67 şəhərində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Baş prokurorluğunun etdiyi əməliyyat nəticəsində 467 şəxs Fəthullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaq şübhəsi ilə saxlanılıb.
Əməliyyatların Türkiyə Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələrində aparıldığı ehtimal edilsə də, əlavə detallar açıqlanmayıb.
Saxlanılanların əksəriyyətinin yüksək rütbəli zabitlər olduğu bildirilib.