Yəməndə İran tərəfindən dəstəklənən qiyamçı Husi ordusu Səudiyyə Ərəbistanına raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, Səudiyyənin Səna şəhərindən vurulduğu bildirilib.
Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin sözçüsü Türki Maliki isə atılan raketlərin müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Maliki Husi ordusunun yaşayış ərazilərini hədəf aldığını da iddia edib.