1 May 2014 21:00
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk şəhərində separatçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma getdikcə gərginləşməkdə davam edir.

Donetsk Prokurorluğunun qarşısında mindən artıq insan toplaşıb.

Separatçılar rus bayrağını və qondarma Donetsk respublikasının bayrağını prokurorluğun binasından asıblar. Qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanlar olub.

Rus hərbi birləşmələri və rusiyameylli insanlar isə əllərində rus bayraqları prokurorluğun binasının qarşısında durublar. Separatçılar binada olan sənədləri və prokurorların formalarını tonqalda yandırırlar. /Axar.az/


Müəllif: