7 Mart 2020 23:12
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda minalanmış motosikletin partlaması nəticəsində 8 nəfər, o cümlədən 2 hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Geo TV" telekanalı polisə istinadən bildirib.

Qeyd edilir ki, partlayış Pakistan jandarmeriya qərargahının yaxınlığında Çaman şəhərində baş verib.

Hadisə yerinə xilasedicilər gəliblər. Həmçinin sapyor qrupu çağırılıb.


Müəllif: Teleqraf.com