İran Prezidenti Həsən Ruhani dünya dövlətlərinin başçılarına məktubla müraciət edib.
Teleqraf.com xəbər verir ki, Ruhani məktubunda ABŞ-ın iqtisadi sanksiyalarının koronavirusla mübarizədə ciddi əngəl olduğunu bəyan edib.
O, dünya dövlətlərinin prezidentlərini bu məsələyə biganə qalmamağa, günahsız insanların ölümünü kənardan seyr etməməyə çağırıb. Koronavirusun siyasət və coğrafiya tanımadığı, onunla mübarizə üçün birgə səylərin zəruri olduğu vurğulanıb.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif prezidentin məktubunu şərh edərək bildirib ki, heç bir təqsiri olmayan iranlıların ölümünü kənardan seyr etmək mənəviyyata sığmır.