İtaliyanın məşhur mikrobiologiya mütəxəssisi, virusologiya üzrə professor Roberto Burioni türk həkim və mütəxəssislərə koronavirusla bağlı məsləhətlər verib.
Teleqraf.com xəbər verir ki, professor virusun İtaliya əhalisinin 23 faizini təşkil edən 65 yaşdan yuxarı kateqoriyaya təsir etdiyini bildirib.
Roberto Burioni qeyd edib ki, İtaliyada virusdan vəfat edənlərin sayı çoxdur, çünki onların ölkəsində yaşlılar daha çoxdur: “Ölkəmizdə yaşlı insanların sosial həyatı aktivdir. Evdən çıxıb gəzirlər, sosial tədbirlərə qatılırlar. Məhz bu amil virusun yaşlı insanlar arasında ikiqat yayılmasına yol açıb və bu yaş qrupunu infeksiya imtahanına çəkib”.
Professor əlavə edib ki, italyanlar əvvəlcə virusu ciddiyə almayıblar: “Hökumət də ilk günlərdə virusu küçümsəyib. Fəqət hazırda hökumət və hər kəs nə etməli olduğunu anlayır və edir”.
İtaliyada ötən həftədən tətbiq olunan sıx karantin tədbirlərinə işarə edən Burioni gələcək 15 günlük müddət haqqında da fikirlərini açıqlayıb: “Bu gün etdiklərimizin virusun yayılması məsələsində təsirli olub-olmayacağını iki həftə sonra biləcəyik”.
Türkiyədə Covid-19 virusunun yeni-yeni ortaya çıxdığını xatırladan professor türk məsləkdaşlarına tövsiyələrini çatdırıb: “Türk dostlarıma bu virusu son dərəcə ciddi qiymətləndirilməyi məsləhət görürəm. Çünki virus son dərəcə yayılan və təhlükə kəsb edəndir. Türk məsləkdaşlarım, həkimlər, tibb bacıları buna qarşı çox yaxşı hazırlanmalıdır.Nəzərə alın ki, ən müzxtəlif vəziyyətlərlə üzləşə bilərsiniz”.