23 Mart 2020 08:41
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Məclisi və Senatı (parlamentin aşağı və yuxarı palataları) ölkədə koronavirus epidemiyasının yayılması fonunda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qanunun qəbul edilməsinin lehinə səs verib.

Teleqraf.com xəbər verir ki, qanun Fransa prezidenti Emmanuel Makronun imzasından sonra qüvvəyə minəcək.

Bildirilir ki, qanun qüvvəyə mindikdən sonra ölkədə fövqəladə vəziyyətin uzadılması üçün yeni qanunun qəbul edilməsi lazım olacaq.


Müəllif: Teleqraf.com