Hollandiyada koronavirus pandemiyasının ən sıx yayıldığı Brabant şəhərində virusa yoluxanların əksəriyyəti xəstəxanalara çatdırılmadan evlərində ölür.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumatda şəhər əhalisinin əksəriyyətinin yaşlılardan ibarət olduğu bildirilib. Bu səbəbdən də, həyatını itirinlər koronavirus qurbanları hesab olunmur.
Qeyd edilib ki, Uden, Erp, Şijndel, Bordonk başda olmaqla Brabantdakı bir çox şəhər və qəsəbədə ölənlər test edilmədən dəfn olunurlar.
Hollandiyada gün ərzində orta hesabla 2000- 2500 arasında test həyata keçirmək mümkündür. Hollandiya Həkimlər İttifaqı bu səbəbdən baş verən olayların həqiqəti əks etdirmədiyini açıqlayıb.