6 Aprel 2020 10:03
2 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın legitim Milli Sülh Hökumətinə (MSH) bağlı qüvvələr qiyamçı general Xəlifə Haftar liderliyindəki orduya məxsus silah-sursat daşıyan qırıcını vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə MSH Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Kunun açıqlama verib.

O, təyyarənin paytaxt Tripoli yaxınlığındakı Tərxunə şəhərinə endikdən dərhal sonra vurulduğunu bildirib.

Təyyarənin Haftar ordusuna silah-sursat gətirdiyi vurğulanıb.

MSH-in bundan əvvəl yaydığı açıqlamada hökumət qüvvələrinin Haftar ordusunun Ayn Zara və Vadi ər-Rabi bölgələrindəki mövqelərinin ələ keçirilməsindən sonra geri çəkilməyə başladığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu