Türkiyənin Ordu vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:23-də qeydə alınıb.
Zəlzələnin episentri Korgan rayonunda olub.
Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ yaxın vilayətlərdə də hiss olunub.