Türkmənistanda müqəddəs Ramazan ayında COVID-19 pandemiyası fonunda belə məscidlərə getməkdən imtina edilməyib.
Teleqraf.com xəbər verir ki, ölkədə bütün dini ayinlər adi qaydada keçirilir, koronavirus pandemiyası səbəbindən heç bir məhdudiyyət yoxdur.
İnanclı insanların sözlərinə görə, insanlar axşam namazlarında, həmçinin, çoxsaylı insanın toplaşması ilə keçirilən cümə namazlarında sərbəst şəkildə iştirak edə bilərlər.
Ramazan ayının ilk günündə prezident Qurbanqulu Berdımuhammedov Aşqabadın “Həzrət Ömər” məscidində olub.
Dövlət başçısı burada ağsaqqallarla söhbət edib, 2018-ci ildə tikilmiş məscidə baxıb və hamı ilə birlikdə mərasimlərdə iştirak edib.
Yerli telekanalın məlumatına görə, mərasimdə yüzə yaxın insan iştirak edib.
Türkmənistan bəyan edir ki, ölkədə yeni növ koronavirus aşkar edilməyib.