Rusiya Nazirlər Kabinetinin mətbuat katibi Boris Belyakov Baş nazir Mixail Mişustinin koronavirusa yoluxması ilə bağlı açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, mətbuat katibi bildirib ki, yoluxma ilə əlaqədar nəticə aşkarlanan kimi hökumət başçısı prezident Vladimir Putini məlumatlandırıb:
"Baş nazirlə birbaşa ünsiyyət bir neçə həftə öncədən maksimum məhdudlaşdırılmışdı. Bütün görüş və iclaslar video-konfrans və telefon vasitəsi ilə aparılırdı. Baş nazirlə birbaşa əlaqəsi olan şəsxlər də izolyasiya olunacaq və əlavə testdən keçəcəklər".
Boris Belyakov deyib ki, Baş nazir hazırda xəstəxanaların birində mütəxəssislərin nəzarəti altındadır.
Mətbuat katibi konkret xəstəxana adı çəkməyib, ünvan göstərməyib.