10 May 2020 10:27
2 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim şəraiti COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasının yayılması aktivliyinə təsir etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Canadian Medical Association Journal” jurnalında dərc olunan tədqiqatın nəticələrində əksini tapıb.

Alimlər 144 geosiyasi zonada 375 min 600 təsdiqlənmiş yeni tip koronavirus yoluxmasını analiz ediblər. Onlar martın 20-dən 27-nə qədər coğrafi en dairəsi, havanın hərarəti, rütubətlik kimi geniş faktorları nəzərə alaraq yoluxmanın dinamikasının müqayisəsini aparıblar. Bundan başqa, təsir dövrü ərzində (martın 7-dən 13-dək) xəstəliyin yayılmasına qarşı tətbiq edilən tədbirlərə də diqqət yetirilib.

Mütəxəssislər COVID-19 xəstəliyinin epidemik artımının coğrafi enlik və ya havanın hərarətindən əhəmiyyətli asılılığını müəyyən etməsələr də, rütubətlə yoluxmanın azalması arasında zəif əlaqəni aşkarlayıb. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, məktəblərin bağlanması, sosial məsafə və ictimai səhiyyə tədbirləri kimi tətbiq edilən məhdudiyyətlər vəziyyətə daha çox təsir göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər