Hələbin Kobani (Eyn Il Ərəb) rayonuna hücum edən IŞİD terror təşkilatı şəhərin ətraf məhəllələrinə qədər gəlib çata bilib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, IŞİD və bəzi kürd qruplar arasındakı qarşıdurmaların şiddətləndiyi Kobanidə küçə qarşıdurmaları yaşanıb.
PYD, IŞİD-in şəhərin idarəsini ələ geçirə bilməyəcəyini desə də, sentyabrın 15-dən hücumlara başlayan terror təşkilatı 360 kəndi ələ keçirərək Kobaniyə yaxınlaşıb.
Hazırda İŞİD əhalinin tamamilə tərk etdiyi şəhəri ələ keçirmək üçün aramsız hücumlar təşkil edir.
Baş verənlərlə əlaqədar olaraq Türkiyə sərhəd rejimini gücləndirib.
Nihad