Vladimir Putin Yanukoviç, Pşonke və Azarova gizli şəkildə Rusiya vətəndaşlığı verib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, keçmiş prezident Viktor Yanukoviç, Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Klyuyev, keçmiş baş prokuror Viktor Pşonke, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, sabiq baş nazir Nikolay Azarov və keçmiş gəlir və mənfəət naziri Aleksandr Klimenko ilə bağlı cinayət işi fevralın 25-də qaldırılıb. Keçmiş prezidentdən və digərlərinə qəsdən adam öldürmək ittihamı irəli sürülüb. Onlar 2013-cü ilin noyabrından 2014-cü ilin fevralın 20-dək Kiyevdəki Azadlıq meydanında keçirilən etiraz aksiyalarının dağıdılmasına cəhd zamanı güc tətbiqində ittiham olunurlar.
Iki gün əvvəl isə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko V.Yanukoviç, N.Azarov və A.Klimenkoya qarşı qaldırılan cinayət işlərində sübutedici bazanın toplandığını bildirib.
“Məsuliyyətlə deyirəm ki, adıçəkilən şəxslər barəsində sübutedici baza toplanılıb. Onların Ukraynaya qaytarılması və məhkəmə qarşısına çıxarılması üçün qanunvericiliyimizlə uyğun olaraq birinci mərhələni keçdik”, - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri deyib.