2 İyun 2020 08:37
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dakı iğtişaşlar dinc nümayişlər deyil, daxili terror aktlarıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp son bir neçə gün ərzində ölkədə baş verən kütləvi etirazlar və iğtişaşlarla bağlı bildirib.

"Linkoln və İkinci Dünya Müharibəsi Memorialı vandalların hücumuna məruz qalıb. Bunlar dinc etiraz deyil, daxili terror aktlarıdır", - deyə Tramp söyləyib.

Donald Tramp qeyd edib ki, ABŞ federal hökuməti ölkədəki böyük iğtişaşlara son qoymaq üçün bütün mülki və hərbi ehtiyatlarını səfərbər etmək niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər