Hindistanda 32 nəfər dini bayramda yaranan izdihamın qurbanı olub.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident Hindistanın şimal-şərqində yerləşən Patna şəhərində baş verib.
Ölənlərin əksəriyyəti qadın və uşaqlar olub, 100-ə yaxın insan xəsarət alıb.