7 İyun 2020 13:13
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada üzgüçülük hovuzları üçün koronovirusdan qoruyan xüsusi maska hazırlanıb.

Teleqraf.com xəbər verir ki, formaca tibbi maskaya oxşayan həmin qoruyucu vasitədən həm üzgüçülük məktəblərinin təlimçiləri, həm də üzgüçülər istifadə edə bilər.

Görünüşünə görə tibbi maskaya oxşayan bu maskalar xüsusi şəffaf materialdan hazırlanıb və onun daxilində burun üzərində sərt qövs var. Bu, maskanın daxilində havanın qalmasına şərait yaradır və üzən zaman həmin yerdən keçən su hərəkətə maneə yaratmır. Bununla yanaşı, həmin maskalardan sürətli üzmə zamanı istifadə olunması tövsiyə edilmir.

Məlumata görə, belə bir maskanın hazırlanması ideyası keçmiş peşəkar üzgüçü, “Rockin pool” şirkətinin rəhbəri Cun Nişiqavaya məxsusdur.

Əsasən üzgüçülük üzrə təlimçilər üçün nəzərdə tutulan maska uşaqlarla təmas zamanı yoluxma təhlükəsini aradan qaldırmağa kömək edir.

Daxilində 10 ədəd maska olan bir dəstin qiyməti 29800 yendir (təqribən 270 dollar). Aprelin sonlarında satışına başlanan dəst üçün 16 mindən çox sifariş daxil olub, sifarişlər dayanmadan artır.


Müəllif: Teleqraf.com