Belarusda ötən sutka ərzində daha 721 nəfərdə yeni növ koronavirus aşkar edilib.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 53 241 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 29 111 nəfəri sağalaraq evə buraxılıb, 303 nəfəri isə həyatını itirib.
Ölkə ərazisində indiyə qədər 714 000 test aparılıb.