17 İyun 2020 11:50
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVİD-19 pandemiyasından ən çox əziyyət çəkən ikinci ölkə Braziliyadır.

Teleqraf.com xəbər verir ki, ölkədə son 24 saat ərzində 1282 nəfər həyatını itirib.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, 1282 nəfərin ölümü ilə ölkədə virusdan vəfat edənlərin sayı 45 min 241-ə, yeni yoluxanların sayı isə 34 min 918 artaraq 923 min 189-a yüksəlib.

Təxminən 46 milyon əhalisi olan ölkənin ticarət mərkəzi sayılan Sao Paulo əyaləti epidemiyanın ən çox yayıldığı bölgə olaraq göstərilir. Burada 190 min 285 yoluxma, 11 min 322 ölüm qeydə alınıb. İnfeksiyadan ən çox təsirlənən ikinci əyalət isə Rio-de-Janeyrodur. Bölgədə 7 967 nəfərin ölümünə səbəb olan virus, ümumilikdə 83 min 343 nəfərdə qeydə alınıb.

Braziliya insan tələfatına görə İngiltərəni geridə qoyub, ABŞ-dan sonra dünyada ən çox COVİD-19 pandemiyasından ölüm və yoluxmaya sahib ölkədir.

Əhalisi 211 milyondan çox olan Braziliya, Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər