İsrailin nüvə raket başlıqlarının sayı 90-a çatıb. Bunu “Sipri” beynəlxalq araşdırma mərkəzi bəyan edib. Bu dövlət NPT-ə, yəni kütləvi qırğın silahlarını qadağan edən birliyə də qoşulmayıb. Soruşan yoxdur ki, İsrail nə üçün bu birliyə qoşulmayıb... İran, Turan, Ərəbistan, hamı NPT-ə üzvdü, bəs İsrail niyə üzv deyil?
Teleqraf.com xəbər verir ki, bu sözləri şərqşünas Samid Bağırov deyib.
Şərqşünasın sözlərinə görə, İsrailin NPT-yə qoşulmamasının səbəblərini soruşduqda bu ölkənin “düşmən mühasirəsində” olduğu iddia edilir: “Bu “mühasirədə” olan dövlət bölgədə qonşularından 3 ölkənin ərazisini işğal edib, onlardan birinin 7 milyon xalqını qaçqın vəziyyətinə salıb.
İşğal etdiyi ərazilərin boşaldılması haqda BMT qərarları var, amma ona məhəl qoymur. Əksinə, orada azı 121 şəhər və qəsəbə salıb, tezliklə burada suverenliyini rəsmən elan etmək istəyir”.