7 Oktyabr 2014 09:11
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toronto (Ontario əyaləti) şəhərinin qərbində yerli katolik məktəbinin binası yaxınlığında atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Trend TASS agentliyinə istinadən bu barədə CTV telekanalı xəbər verir.

Hazırda müəyyən edilib ki, atəş iki nəfər 20 yaşlı gəncə açılıb.

Polis cinayət törədilən yeri mühasirəyə alıb, həmçinin yaxınlıqda yerləşən dörd məktəbi nəzarətə götürüb.

Atəş açan cinayətkarların sayı hələlik məlum deyil.


Müəllif: