İŞİD üç həftəlik sıx hücumlarının ardından Kobaniyə girdi.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, hazırda İŞİd şəhərin mərkəzinə doğru irəliləyir. PKK-ya bağlı YPG üzvləri İŞİD-in irəliləyişini dayandırmağa çalışarkən, küçə döyüşlərinə səhnə olan şəhərdə qırğın yaşanir.
Ofisi İngiltərədə yerləşən Suriya İnsan Haqları Təşkilatı İŞİD-in şəhərin Miktala əl-Cədidə və Kani bölgələrində bir xəstəxananı aldığını və sənaye bölgəsinə irəlilədiyini bildirib: "İŞİD-in 2 min militanla hücuma keçib, şəhərin şərq bölgəsini nəzarət altına almağı bacarıb və şəhər mərkəzinə doğru irəliləyir".
Qırğın ehtimalı var
AFP-ə danışan YPG səlahiyyətliləri Kobanidən vətəndaşların çıxarıldığını və şəhərin "hərbi bölgə" elan edildiyini açıqlayıblar. Gün ərzində döyüşdən qaçan 200 suriyalı Türkiyəyə gəlib. PYD səlahiyyətlisi Asiya Abdullah "Vətəndaşların olduğu bölgələr İŞİD-in nəzarətinə keçdi. Qırğın qorxusu var".
Nihad