8 Oktyabr 2014 11:35
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” terror təşkilatına qarşı mübarizə aparan kürd döyüşçülər Kobanidə vəziyyətin dəyişdiyini bildirib.

Teleqraf.com Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Xalq Müdafiə Birlikləri (YPG) açıqlama verib. Məlumata görə, beynəlxalq koalisiyanın Kobani ətrafındakı IŞİD qüvvələrinə qarşı hava hücumları təsirli olmağa başlayıb.

Bölgədəki kürd döyüşçülər hava əməliyyatlarının gecikdiyini vurğulayıblar.

Qeyd edək ki, İŞİD-in Kobaniyə qarşı 3 həftədir davam edən hücumları zamanı ən azı 400 nəfər ölüb, 200 min nəfərə yaxın adam sərhədi keçərək Türkiyəyə sığınıb.

Samir


Müəllif: