1 İyul 2020 10:27
2 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 50-dən çox insana təcavüz edən və 120-dən çox soyğundan sorumlu elan olunan De Angelo prokurorluqla əməkdaşlıq edib, edam cəzasından xilas olmaq üçün bütün ittihamları qəbul edib.

Teleqraf.com xəbər verir ki, De Angeloya 1970-1980-cı illərdə törətdiyi cinayətlərə görə, avqust ayında ömürlük həbs cəzası veriləcəyi gözlənilir.

De Angelonun bütün cinayətləri qəbul etdiyi əvvəlki məhkəmə prosesi qurban və şahidlərin ailələrinin iştirakını təmin etmək məqsədilə Sakramento Univeristetinin 200 nəfərlik zalında keçirilib.

Qeyd edək ki, oğurluq etməsi səbəbindən 1979-cu ildə polis məmuru vəzifəsindən qovulan De Angelo Vyetnam müharibəsinin qazisidir. Onun öldürdüyü şəxslərin yaşları 12 ilə 41 arasında dəyişir.


Müəllif: Cavad

Oxşar xəbərlər