10 İyul 2020 19:42
4 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvilinin hazırkı Gürcüstan rəhbərliyinin legitimliyini tanımadığı barədə dediklərindən sonra Ukraynanın bu ölkədəki səfiri İqor Dolqov Xarici İşlər Nazirliyinə çağrılıb.

Teleqraf.com xəbər verir ki, görüşdə Mixail Saakaşvilinin işlədiyi ifadələrlə bağlı rəsmi Kiyevə xəbərdarlıq olunub.

Səfir İqor Dolqovla söhbətində Gürcüstan nümayəndələri Ukrayna rəhbərliyinin bir nümayəndəsinin Tiflisə qarşı qəbuledilməz ifadələri səbəbindən narahatlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, bu cür hərəkətlər ikitərəfli münasibətlərə ciddi ziyan vurur. Gürcüstan tərəfi ümid etdiyini bildirdi ki, Ukrayna tərəfi bu gerçəyi qiymətləndirəcək və hər iki ölkə bundan sonra da münasibətləri inkişaf etdirmək üçün səy göstərəcək.

Səfir Tiflisin rəsmi mövqeyini Kiyevə çatdıracağını bildirib.

Saakaşvili bundan əvvəl Gürcüstan hökumətinin legitimliyini tanımadığını bildirib. Bundan əlavə, o, Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı “cəbhədə” olacağını söyləyib. Seçkilər oktyabr ayının sonlarına planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər