9 Oktyabr 2014 12:55
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri 40 avtobusla Ukraynanın şərqindəki Donbas əyalətinə daxil olub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat verib. Onun sözlərinə görə, bu avtobuslar son iki gündə Ukrayna sərhədini qanunsuz keçiblər. Timçuk rusların Donbas aeroportunda minaatanlar, ağır artilleriya və reaktiv silahlar yerləşdirdiklərini bildirib.

Həmçinin, onun sözlərinə görə, Snejniyansk maşınqayırma zavodu terrorçular tərəfindən silahların və texnikanın təmiri üçün istifadə edilir: “Zədələnmiş texnikanın evakuasiya edilməsi üçün Rusiyadan xüsusi briqada gəlib. Belə texnikaların əvəzinə Rusiya separatçılara yenilərini göndərir”.

Samir


Müəllif:

Oxşar xəbərlər