Mən buna inanmıram, milli səviyyədə qoruyucu maska taxmaq məcburiyyətini təsdiq etməyəcəyəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
İnsanların bəlli azadlıqlara sahib olmaq haqqını tanıyan Tramp sağlam adamların maska taxmasını vacib hesab etməyib.
Xəstəliklərə Nəzarət və Müalicə Mərkəzinin 4-6 həftə ərzində hər kəsin maska taxacağı təqdirdə ölkədə pandemiyanın nəzarət altına alına biləcəyi haqda qərarına gəldikdə, Prezident Tramp bildirib ki, bu açıqlama ilə eyni fikirdə deyil.
Maska taxmağın sağlamlıq baxımından başqa problemlər yaratdığına toxunan prezident əlavə edib ki, cərrah Fauci və bir çox mütəxəssislər bunun əleyhinədirlər: “Ancaq anidən maska taxmağın məcburiolduğu fikri ortaya atıldı".