18 İyul 2020 17:08
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyə qədər İranda 25 milyon insanın COVİD-19 virusuna yoluxduğu ehtmal olunur. Qarşıdakı aylarda 30-35 miyon iranlı koronavirusa yoluxma təhlükəsi ilə üz-üzədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

Prezident virusa qarşı peyvəndin hələlik kəşf edilmədiyini vurğulayıb: “Xalqın iqtisadi və sosial fəaliyyətinin davam etməsi üçün əl-lə verib virus zəncirini qırmalıyıq”.

Səhiyyə Nazirliyinin virusla bağlı son hesabatının araşdırıldığını deyən prezidentin sözlərinə görə, hesabatda 25 milyon insanın virusa yaxalandığı nəticəsinə gəlmək olar. Sənəddə önümüzdəki aylarda 30-35 milyon insanın virusa yoluxacağı və xəstəxanada yatacaq insanların indiki ilə müqayisədə iki dəfə artacağı proqnozlaşdırılır: “Səhiyyə sistemi və xəstəxanalar virusa yoluxma artımına hazırlıqlı olmalıdır”.

Virusun İranda Qum və Gilan şəhərlərindən yayıldığını xatırladan Ruhani bildirib ki, Çinin Uhan şəhərindən Quma ticarət, Gilana turizm məqsədi gələnlər çox olub.


Müəllif: Cavad

Oxşar xəbərlər