19 İyul 2020 22:53
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın paytaxtı Dəməşqdə bir gündə iki partlayış olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın “SƏNA” dövlət agentliyi məlumat yayıb.

Məlumatda paytaxtda yerləşən bazarda iki partlayışın qeydə alındığı bildirilib. Bazara yerləşdirilmiş bombaların partlaması nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.

Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu