21 İyul 2020 14:56
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi Nümayəndələr Palatası oktyabrın 1-də başlayacaq növbəti maliyyə ili üzrə müdafiə büdcəsi layihəsində “Şimal axını-2” layihəsinə qarşı sanksiyaların sərtləşdirilməsi üçün düzəlişləri yekdilliklə təsdiqləyib.

Teleqraf.com “TASS”а istinadla xəbər verir ki, təşəbbüs “Şimal axını-2” və “Türk axını” layihəsinə qarşı mövcud sanksiyaların gücləndirilməsinə yönəlib.

Düzəlişlər boru kəməri üçün gəmilərin satışını, icarəsini və ya təqdim edilməsini həyata keçirən xarici şəxslərə məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur.

Dekabrın sonunda ABŞ Prezidenti Donald Tramp administrasiyanın qarşısında bu layihələrə sanksiya tətbiq etmək öhdəliyi qoyan cari il üçün hərbi büdcə layihəsini imzalayıb.

Bundan əvvəl isə Senatın Xarici Əlaqələr Komitəsinin respublikaçı və demokrat nümayəndələri dövlət katibi Mayk Pompeonun qaz kəmərləri ilə məşğul olan şirkətlərə qarşı mümkün sanksiyalar barədə bəyanatını dəstəkləyiblər.


Müəllif: Səxavət