“İranı bu dəfə həqiqətən vurmalıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Naftali Bennet deyib.
“İran Hizbullah və HƏMAS kimi regional terror təşkilatları vasitəsilə dəfələrlə İsrailə zərbə vurub. Lakin onlar bunun əvəzini ödəməyiblər. İsrail Tehranın bölgədəki tərəfdaşları ilə döyüşmək yerinə, İranın özünü vurmalıdır”, - keçmiş nazir bildirib.