24 İyul 2020 22:19
6 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbək həmkarı Şavkat Mirziyoyevlə telefonda danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi məlumat yayıb.

Mirziyoyev Ayasofya məscidinin yenidən açılması səbəbindən duyduğu məmnuniyyəti ifadə edərək, bu tarixi hadisənin Türk və İslam dünyası üçün xeyirli olmasını arzulayıb.

Əlavə edək ki, Şavkat Mirziyoyev bu münasibətlə Ərdoğanı təbrik edən ilk xarici dövlət başçısı olub.


Müəllif: Mənsur Rəğbətoğlu